2015-ci il MM seçki kampaniyası_Gənclərlə görüş
15 oktyabr 2015-ci il tarixində YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev gənclərlə görüşüb. YAP Səbail rayon təşkilatında keçirilən görüşdə rayon təşkilatının sədr müavini Muxtar Nağıyev, YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov və fəal gənclər iştirak ediblər.
Ş.Hacıyev: “Dövlət müasir Azərbaycan gəncliyinə çox böyük önəm verir. Dövlət idarəçiliyində, siyasətdə getdikcə gənclərə daha çox yer verilməsi bunun bariz nümunəsidir. Azərbaycan hakimiyyətinin diqqət mərkəzində olan gəncliyə dövlətimiz və partiyamız tərəfindən hər zaman qayğı göstəriləcəkdir. Bu birbaşa möhtərəm Prezidentimiz cənab İlham Əliyevin nəzarətindədir. YAP-ın uğurları həm də Azərbaycan xalqının uğurlarıdır. Bütün bu uğurların qazanılmasında dövlətimizin başçısının tükənməz zəhməti, qətiyyyəti böyük rol oynayır. Gənclərimizi qarşıdan gələn seçkilərdə fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıram.”