2015-ci il MM seçki kampaniyası_Səbail rayonu 20-ci dairə sakinləri ilə görüş
26 oktyabr 2015-ci il tarixində YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev Səbail rayonundakı 20-ci sahə sakinləri ilə görüşüb.
Ş.Hacıyev: “Heç şübhəsiz ki, ölkəmizdə sosial-siyasi sabitliyin qorunmasının, mövcud inkişafın, hərtərəfli tərəqqinin əsasında Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, Ulu Öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti durur. Bu da bir həqiqətdir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Azərbaycanın öz siyasi və iqtisadi kursu var və bugün ölkəmiz sürətlə tərəqqi edir.”