2015-ci il MM seçki kampaniyası_Səbaildə yaşayan müəllim və valideynlərlə görüş
29 oktyabr 2015-ci il tarixində YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev Səbaildə yaşayan müəllimlər və valideynlərlə görüşüb. Görüş YAP Səbail rayon təşkilatının qərargahında baş tutub.
Ş.Hacıyev: “Bizim həyatda əldə etdiyimiz yaxşı nə varsa, bunun üçün müəllimlərimizə borcluyuq. Müəllimlərimiz cəmiyyətdə ictimai nüfuza malikdirlər, insanları düzgün tanıyır, ictimai-siyasi prosesləri dəqiq təhlil edə bilirlər. Bu baxımdan, deputatlığa namizəd olaraq sizlərlə görüşüb, fikirlərinizi, təkliflərinizi dinləmək mənim üçün əhəmiyyətlidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması, bu sahədə köklü islahatların aparılması təhsilin məzmun və keyfiyyətinə təsirini göstərir. Azərbaycan təhsilinə dövlət tərəfindən ayrılan diqqətin bariz nümunələrindən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Ölkə başçısının diqqəti sayəsində təhsil islahatları uğurla davam edir, təhsil işçilərinin sosial müdafiəsi möhkəmləndirilir. Ölkəmizin həm siyasi sabitliyi, həm iqtisadi və sosial inkişafı bilavasitə bu sahənin inkişafı ilə bağlıdır. Bu sahədə çox ciddi işlər görülür və görüləcəkdir.”