2015-ci il MM seçki kampaniyası_YAP veteranları ilə görüş
V çağırış Milli Məclis seçkilərinə Yeni Azərbaycan Partiyasının (YAP) 29 saylı Səbail seçki dairəsi üzrə vahid namizədi Hacıyev Şəmsəddin Hümmət oğlu seçki kampaniyası çərçivəsində ilk görüşünü 10 oktyabr 2015-ci il tarixində YAP veteranları ilə keçirib. Görüş YAP Səbail rayon təşkilatında təşkil olunub.
Ş.Hacıyev: “İlk görüşümüzü partiyanın sıralarında uzun müddət fəaliyyət göstərən, onun inkişafında, yeniləşməsində fəal surətdə iştirak edən, ümumiyyətlə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən partiya həmkarlarımızla keçirməyimiz təsadüfü deyil. Mən ilk öncə sizin xeyir-duanızı almaq istədim. Mən hər zaman Yeni Azərbaycan Partiyasının uğurlu siyasətini dəstəkləmişəm və bundan sonra da dəstəkləyəcəm. Hər kəsi seçki məntəqələrinə gəlməyə və öz səslərini verməklə bu dövlətə necə sadiq olduqlarını nümayiş etdirməyə çağırıram”.