Dövlət Bayrağı Muzeyinə ziyarət

Noyabrın 7-də YAP Səbail rayon təşkilatının kollektivi və rayon ictimaiyyəti nümayəndələri Dövlət Bayrağı Günü münasibətilə Dövlət Bayrağı Meydanı Kompleksini və Dövlət Bayrağı Muzeyini ziyarət etdilər.

Dövlət Bayrağı Muzeyi ilə tanışlıq zamanı ziyarətçilər muzeydə saxlanılan Azərbaycanın müxtəlif dövrlərdəki bayraqları və digər eksponatlarla, o cümlədən Azərbaycan ərazisində indiyədək mövcud olmuş qədim dövlətlərin bayraqları, rəmzləri, qədim sikkələri, dövlət orden və medalları, silahlı qüvvələrin geyim formaları və s. ilə yaxından tanış oldular, muzeydə nümayiş olunan materiallar və fotoşəkillər barədə ətraflı məlumatlar əldə etdilər.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı müvafiq sərəncam əsasında yaradılmışdır. Meydanın təməli 2007-ci il dekabrın 30-da dövlət başçısının iştirakı ilə qoyulmuş, 2010-cu il sentyabrın 1-də isə təntənəli açılış mərasimi keçirilmişdir. Ümumi ərazisi 60 hektar olan Dövlət Bayrağı Meydanında inşa olunmuş bayraq dirəyinin hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kq-dır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da meydandakı Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.