YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə Ümummilli Liderin əziz xatirəsinə həsr olunan qanvermə aksiyası keçirildi

05 may 2017-ci il tarixində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı HEYDƏR ƏLİYEVİN anadan olmasının 94-cü ildönümü münasibətilə YAP Səbail rayon təşkilatının təşəbbüsü, Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Talassemiya Federasiyası və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə Səbail rayonunda “Qan ver, həyat xilas et!” şüarı altında qanvermə aksiyası keçirildi.

Ümummilli Liderin əziz xatirəsinə həsr olunan xeyriyyə aksiyasında 150-yə yaxın rayon sakini iştirak etdi.

YAP Səbail rayon təşkilatının qərargahında təşkil olunmuş qanvermə aksiyasında rayon partiya təşkilatının üzvləri, rayon sakinləri, gənclər, rayonun idarə-müəssisələrinin və rayon ictimaiyyətinin nümayəndələri gün ərzində yüksək fəallıq nümayiş etdirdilər və könüllü olaraq qan verdilər.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev talassemiya pasientlərinə göstərdiyi xüsusi diqqət və qayğıya görə Azərbaycan Talassemiya Federasiyası tərəfindən Fəxri Fərmanla təltif olundu.