YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Bibiheybət qəsəbəsində “Fitnə” sənədli filmi nümayiş olundu

YAP Səbail rayon təşkilatı tərəfindən “İslam həmrəyliyi ili” ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində 21 aprel 2017-ci il tarixində Bibiheybət qəsəbəsində yerləşən 50 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi nümayiş olundu.

YAP Səbail rayon təşkilatı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri açıq elan edən məktəbin direktoru Sədaqət Həsənova 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar tarixli sərəncamına əsasən məktəbdə görülən işlər barədə məlumat verdi. Bu baxımdan bu gün nümayiş olunacaq “Fitnə” filminin yüksək tərbiyəvi əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayan S.Həsənova məktəbliləri filmə diqqətlə baxmağa, müvafiq nəticələr çıxarmağa və din pərdəsi altında müxtəlif radikal çağırışlara aldanmamağa çağırdı.