2016-cı il Referendumu təşviqat kampaniyası_Dənizkənarı Bulvar İdarəsində görüş

20 sentyabr 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının “Dənizkənarı Milli Park” ərazi ilk partiya təşkilatında görüş keçirildi. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər geniş müzakirə olundu.

Dənizkənarı Bulvar İdarəsində keçirilən görüşü YAP Səbail rayon təşkilatının, eləcə də “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev ümumxalq səsverməsinə çıxarılan və Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı geniş məlumat verən səlahiyyətli nümayəndə son illərdə respublikamızın siyasi, iqtisadi, mədəni həyatında müşahidə olunan müsbət dəyişikliklərdən, Azərbaycan cəmiyyətində dəyişən münasibətlər sistemindən, ölkəmizin dünyaya intensiv inteqrasiyasından danışaraq qeyd etdi ki, Azərbaycan artıq yeni inkişaf mərhələsinə – post-neft dövrünə qədəm qoyub. Ölkədə gedən inkişaf mütəmadi olaraq ana qanunda müvafiq dəyişikliklər edilməsini tələb edir. Dəyişiklik və əlavələrin nəzərdə tutulduğu 29 maddənin mahiyyəti və elmi-hüquqi əsaslarını ətraflı təhlil edən millət vəkili bildirdi ki, Referendum Aktında təklif olunan əlavə və dəyişikliklər ölkədə qanunvericilik bazasını təkmilləşdirməyə, Azərbaycanda hökm sürən sabitlik, inkişaf, əmin-amanlıq mühitini qorumağa, müəyyən olunmuş yeni minillik hədəflərimizə nail olmağa, dövlət idarəçiliyinin institusional əsaslarını möhkəmləndirməyə xidmət edəcəkdir. Sonda hər kəsi seçki məntəqələrinə gələrək Referendumda iştirak etməyə dəvət edən Ş.Hacıyev böyük uğurlara birgə imza atmaq üçün seçiciləri təklif olunan əlavə və dəyişiklikləri təqdir etməyə, dəstəkləməyə və səsvermədə müsbət rəy bildirməyə çağırdı.

Ş.Hacıyev: “Son illərdə respublikamızın siyasi, iqtisadi, mədəni həyatında müsbət dəyişikliklər müşahidə olunur, Azərbaycan cəmiyyətində münasibətlər sistemi dəyişib, ölkəmiz dünyaya intensiv inteqrasiya edir. Azərbaycan artıq yeni inkişaf mərhələsinə – post-neft dövrünə qədəm qoyub. Ölkədə gedən inkişaf mütəmadi olaraq ana qanunda müvafiq dəyişikliklər edilməsini tələb edir. Referendum Aktında təklif olunan əlavə və dəyişikliklər ölkədə qanunvericilik bazasını təkmilləşdirməyə, Azərbaycanda hökm sürən sabitlik, inkişaf, əmin-amanlıq mühitini qorumağa, müəyyən olunmuş yeni minillik hədəflərimizə nail olmağa, dövlət idarəçiliyinin institusional əsaslarını möhkəmləndirməyə xidmət edəcəkdir.”