28 May – Respublika günü münasibətilə Səbail məktəbliləri arasında Şahmat Turniri

24 may 2016-cı il tarixində 28 May – Respublika günü münasibətilə Səbail məktəbliləri arasında şahmat turniri keçirildi.

Səbail rayon İcra Hakimiyyətinin, YAP Səbail rayon təşkilatının və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirə Səbail rayonu 6 nömrəli məktəb-liseyi ev sahibliyi etdi. Səbail rayonun 10 məktəbinin (6, 7, 49, 50, 91, 132-134, 162, 189-190, 236, 239) təmsil olunduğu turnirdə ümumilikdə 40 nəfər şagird yarışdı.

Turnirin açılış mərasimində YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, beynəlxalq qrossmeystrlər Eltac Səfərli və Arkadi Naydiç iştirak etdilər.

çılış mərasimindən sonra məktəblilər arasında şahmat turniri keçirildi.

Turnirin sonunda oğlanlar və qızlar arasında ən yüksək xal toplayan birincilər fəxri kuboklar və medallarla təltif olundular.

Qaliblərin siyahısı :
Qızlar:
I YER – Abbasova Sədaqət – 132-134 saylı Təhsil Kompleksi
II YER – Axundova Nərgiz – 236 nömrəli tam orta məktəb
III YER – Əzizli Ləman – 91 nömrəli tam orta məktəb

Oğlanlar:
I YER – Əhmədzadə Əhməd – 6 nömrəli məktəb-liseyi
II YER – Əliyev Toğrul – 6 nömrəli məktəb-liseyi
III YER – Abbasov Azad – 6 nömrəli məktəb-liseyi