“31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il bayramı münasibətilə tədbir

Dekabrın 29-da YAP Səbail rayon təşkilatının qərargahında “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il bayramı münasibətilə tədbir keçirildi.

Partiya təşkilatının Rayon Şurası və İdarə Heyəti üzvlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, gənclərin və partiya fəallarının iştirak etdiyi tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev çıxış etdi.

Daha sonra tədbir iştirakçıları YAP Səbail rayon təşkilatının çoxminlik üzvləri adından “91-lər”in nümayəndəsi, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Hacan Hacıyevi 70 illik yubileyi münasibətilə təbrik etdilər, ona uzun ömür, cansağlığı arzuladılar. Təbrik üçün təşəkkür edən Hacan Hacıyev 31 dekabr tarixinin Azərbaycan xalqı üçün əlamətdar gün olmasından, 1989-cu ildə məhz bu tarixdə İranla Azərbaycan sərhədində tikanlı məftillərin sökülməsindən və bu önəmli tarixin əbədiləşdirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətindən danışdı.

Sonda 2016-cı ildə Səbail rayonunun ictimai-siyasi və sosial-mədəni həyatında fəal iştirak edən partiya üzvlərinin rayon təşkilatının Fəxri Fərmanları ilə mükafatlandırılması mərasimi keçirildi.