“Heydər Əliyev və Azərbaycan: dünən, bu gün, sabah” mövzusunda dəyirmi masa
23 dekabr 2015-ci il tarixində Səbail rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan: dünən, bu gün, sabah” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Səbail rayon İcra Hakimiyyətində təşkil olunmuş konfransda rayon rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, elm, təhsil, mədəniyyət və din xadimləri iştirak ediblər.
Konfransda Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, YAP Səbail rayon təşkilatının sədri, millət vəkili prof. Şəmsəddin Hacıyev, Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Səməd Seyidov və Hadı Rəcəbli, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və başqa natiqlər Ulu Öndər Heydər Əliyevin çağdaş dövlətçilik xəzinəsinə çevrilmiş həyat və fəaliyyətinin ayrı-ayrı yönlərinə, müstəqilliyimizin qazanılmasında və qorunmasında, xalqın xoşbəxt gələcəyinin təmin edilməsində tarixi xidmətlərinə, Prezident İlham Əliyevin bu böyük siyasəti uğurla davam etdirməsinə həsr olunmuş məruzələrlə çıxış ediblər.
Sonda dəyirmi masa iştirakçıları adından yekdilliklə “Bəyanat” qəbul edilib.