Novruz bayramı ilə əlaqədar Səbail rayonunda imkansız ailələrə bayram sovqatı paylanıldı
YAP Səbail rayon təşkilatının və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə rayonda yaşayan 50-dən çox imkansız ailəyə bayram sovqatları paylanılıb.
Bayram sovqatları Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən qeydiyyata alınan kimsəsizlərə, tənha qocalara və aztəminatlı ailələrə təqdim olunub.
Əziz bayram münasibətilə 18 mart 2016-cı il tarixində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində görüş keçirilib və bayram payları ilk öncə görüşdə iştirak edən kimsəsizlərə təqdim olunub.
Daha sonra partiya təşkilatının nümayəndələri bayram sovqatlarını evlərə apararaq rayon sakinlərinə təqdim ediblər.