Səbail rayonunun Bibiheybət qəsəbəsinin sakinləri ilə görüş
25 yanvar 2016-cı il tarixində millət vəkili, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Səbail rayonunun Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb.
Qəsəbədə yerləşən 50 №-li orta məktəbdə təşkil olunmuş görüşdə Bibiheybət qəsəbə sakinləri, orta məktəbin rəhbərliyi və müəllim-şagird kollektivi, həmçinin rayon təşkilatının fəalları iştirak ediblər.
Millət vəkili qəsəbə sakinlərini maraqlandıran suallara cavab verib və onları narahat edən bir sıra problemləri dinləyib. Çıxış edən qəsəbə sakinləri onları daim diqqətdə saxladığı üçün Ş.Hacıyevə təşəkkür edərək, hazırda qəsəbədə avtobus marşrut problemi, eləcə də içməli su və qaz təminatı problemlərinin mövcud olduğunu bildiriblər. Millət vəkili sakinləri dinlədikdən sonra qaldırılan məsələlərin tez bir zamanda həll ediləcəyinə söz verib.
Görüş qarşılıqlı anlaşma şəraitində millət vəkilinin seçiciləri ilə maraqlı diskussiyası şəklində keçib.