Ulu Öndər Heydər Əliyev YAP Səbail rayon təşkilatında anıldı

Dekabrın 9-da YAP Səbail rayon təşkilatında Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.

Rayon ictimaiyyəti nümayəndələrinin, partiya fəallarının, rayon partiya təşkilatı üzvlərinin iştirak etdiyi mərasimdə ilk öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Ümummilli Lider Heydər Əliyevin mənalı və şərəfli ömür yolunu, çoxşaxəli siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.

Tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, şair-publisist, sabiq deputat Minayə xanım Əliyeva və digərləri çıxış etdi.