2015-ci il MM seçki kampaniyası_Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ilə görüş
22 oktyabr 2015-ci il tarixində YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev təbliğat-təşviqat kampaniyası çərçivəsində Səbail rayonunda yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ilə görüşüb. Görüş Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının qərargahında keçirilb.
Ş.Hacıyev: “Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin cəmiyyətimizin daim diqqət göstərilən təbəqəsi olublar. veteranların dövlət tərəfindən sosial rifahının yaxşılaşması və ehtiyaclarının qarşılanması istiqamətində indiyədək böyük işlər görülüb. Ötən dövr Azərbaycan üçün həqiqətən çox şərəfli bir dövr olub. 2003-cü ildən başlayaraq Azərbaycanda tamamilə yeni proseslər başladı. Partiyamızın lideri cənab Prezidentimiz İlham Əliyev Ulu Öndərin yaratdığı, qurduğu dövləti yeni inkişaf səviyyəsinə qaldırdı. Bugün Azərbaycan sözün əsl mənasında həm regionda, həm dünyada sayılıb-seçilən ölkələrdən biridir. İqtisadi-sosial inkişafımız, gedən proseslər göz qabağındadır. 2016-cı ilin dövlət büdcəsində müdafiə xərcləri ötən ilə nisbətən artırılıb. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin işğal olunmuş torpaqlarımızla bağlı nə dərəcədə prinsipial, güzəştsiz mövqedə olduğunu göstərir. Mən əminəm ki, sabah Ali Baş Komandan torpaqlarımızın azad olunması ilə bağlı döyüş əmri verdikdə, əsgərlərimizlə bərabər sizlər yenə də ön sıralarda olacaqsınız.”