2015-ci il MM seçki kampaniyası_Ziyalılarla görüş

27 oktyabr 2015-ci il tarixində Səbail rayonunun “Ziyalılar evi”ndə YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev rayon ziyalıları ilə görüşüb.

Ş.Hacıyev: “Dövlət başçısı İlham Əliyevin yeritdiyi siyasətdə iqtisadi müstəqillik və hakimiyyətlə xalqın birliyi ideyası bu siyasətin təməlində durur. Konkret desək, müstəqil siyasət kursunun real əsasları vardır. Burada iqtisadiyyat sahəsində müstəqil siyasət yeritməklə daxildə hakimiyyətlə vətəndaşların birliyi məsələsi mühüm yer tutur. Bu da özlüyündə çoxlu sayda vəzifələri – sabit cəmiyyət modelini, vətəndaş həmrəyliyini, hakimiyyətin şəffaflığını və demokratik idarəetmənin bərqərar olmasını ön plana çıxarmaq deməkdir. Bugün Azərbaycanın tamamilə yeni konsepsiyalarla, yeni əsaslarla, yeni paradiqmalarla inkişafı bir reallıqdır. Biz bunu çox böyük qürur hissi ilə qeyd edirik və çalışmalıyıq ki, bu siyasi kursu qoruyaq. İqtidar, xalq birliyi Azərbaycanda olduğu kimi və bugün olduğu kimi mən deyərdim ki, heç vaxt olmayıb. İqtidarla xalq bugün üzvi vəhdətdədir. İqtidarımız, dövlətimiz, dövlət başçımız xalqa arxalanaraq bu cür cəsarətli və kəskin qərarlar qəbul edir.”